image-n1karobka_ads
image-123
image-1739959150622063944_1200x630backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Naftalan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək

image-ad_qayo_720x110px

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 28-də Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərinin müraciətlərini dinləyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq və həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar fevralın 19–21-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki