image-n1karobka_ads
image-123
image-c9796cfe-8506-3d67-b117-b14a5a75e6af_850backend

Yol polisi dağlıq və dağətəyi bölgələrə gedən sürücülərə müraciət edib

image-ad_qayo_720x110px

Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərin hərəkətinə çətinlik yarada bilər.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə dağlıq ərazilərdəki yollarda zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara mövcud vəziyyətlə bağlı məlumat verir:

“Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edirik”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki