Bundan əlavə, siyasətçi Çinlə yeni ticarət müqaviləsinin bağlanmasının mümkünlüyünə əminliyini ifadə edərək, Çin lideri ilə yaxşı münasibətlərə malik olduğunu bildirib.
“Ancaq unutmayın: o Çini sevir, mən isə ABŞ-ı sevirəm. Beləliklə, bilirsiniz ki, burada bir az rəqabət var, amma mənim prezident Si ilə münasibətim, deyərdim ki, əladır”, – TASS Trampın sözlərindən sitat gətirir.
Onun fikrincə, bu münasibətlər təkcə onlara deyil, bütün dünyaya zərər vuran Covid-in gəlişi səbəbindən zədələnib.
Tramp daha əvvəl Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib.
O da məlum olub ki, Rusiya prezidenti Vladimir Putin avqustun sonu – sentyabrın əvvəlində Yaponiya militarizmi üzərində qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması ilə əlaqədar Çinə səfər etməyi planlaşdırır.
DOĞRU.AZ