image-n1karobka_ads
image-123
image-todrbxyzbwhelmqgfddjfyngs1vfu7r8zpx8zuec_1200backend

Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

AZƏRTAC-a istinadən xəbər verir.

image-g3fvwhigdo0jyqjui1zabfuc3ji8nb0lmkgerdof_640 image-hd7ht0ebrblyqdolez2vpzljwyqqw8ccjhnx1ehw_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki