Avropa İttifaqı Dəmir Pərdənin süqutundan sonra özünün “ən qaranlıq həftəsini” yaşadı.
Bu barədə The Economist yazır.
“Keçən həftə Dəmir Pərdənin süqutundan sonra Avropada ən qaranlıq idi. Ukrayna təslim olur, Rusiya reabilitasiya olunur və Donald Trampın rəhbərliyi altında müharibə zamanı ABŞ-ın Avropaya yardım edəcəyinə daha ümid etmək mümkün deyil”, – məqalədə deyilir.
Məqalə müəlliflərinin fikrincə, Avropanın təhlükəsizliyi üçün nəticələri ciddi olsa da, Avropa liderləri və əhali tərəfindən hələ də reallaşdırılmayıb.
Daha əvvəl Politico yazmışdı ki, Avropa İttifaqı transatlantik alyansın sona çatmasından qorxur.
DOĞRU.AZ