ABŞ prezidenti Donald Tramp Çin ilə nüvə təhlükəsizliyi sazişini ehtiva edən genişmiqyaslı sazişi araşdırır.
Bu barədə “The New York Times” mənbələrə istinadən yazır.
Nəşrin yazdığına görə, Tramp ABŞ-da əhəmiyyətli Çin sərmayəsi, həmçinin Amerika məhsullarının alınması ilə bağlı öhdəlikləri özündə əks etdirən razılaşmada maraqlıdır.
Bundan əlavə, Amerika liderinin müşavirlərinin dediyinə görə, Tramp Çinlə nüvə təhlükəsizliyi ilə bağlı sazişi nəzərdən keçirir və bu sazişi birbaşa Çin prezidenti Si Cinpinlə müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Si Cinpinlə ölkələr arasında daha ədalətli ticarətlə bağlı razılığa gələ biləcəyini bildirmişdi.
DOĞRU.AZ