image-n1karobka_ads
image-123
image-1739960862750236225_1200x630backend

Azərbaycan və Türkiyə arasında media sahəsində Memorandumunun 5 illiyi ilə bağlı dəyirmi masa keçirilib – FOTO

image-ad_qayo_720x110px

Fevralın 19-da Azərbaycan Respublikasının Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat Müşavirliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinə diqqət çəkib: “Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir. Qürurlu tarixə malik Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib. Bunun başlıca səbəbi isə hər iki ölkənin liderləri arasındakı sarsılmaz qardaşlıq münasibətləridir. Düşünürəm ki, növbəti illər ərzində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatacaq”.image-2025_02_19_67b5b147d882fMedianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi nəticəsində iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq münasibətləri və regionumuzun inkişafına ciddi töhfə verən intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərir.

Hər iki ölkənin liderlərinin qarşılıqlı səfərlərinin dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisə olduğuna diqqətçəkən icraçı direktor qeyd edib ki, bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür.

“Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən yerli medianın fəaliyyətində də canlanma yaradıb, ölkələrimizin media nümayəndələrinin, subyektlərinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib.image-2025_02_19_67b5b1d3065b6Eyni zamanda, Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin inkişaf dinamikasına uyğun olaraq istər milli media subyektlərimiz, istərsə də aidiyyəti qurumlar xalqlarımızın mənəvi dəyərlərinin təbliği, dövlət maraqlarımızın müdafiəsi, o cümlədən informasiya mühitimizi dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyət göstərmək üçün əzmlə çalışır.

Anlaşma Memorandumunun 5 illik yubileyini qeyd edərkən, əminəm ki, əməkdaşlığımız gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək. İki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da artırılacaq”, – deyə icraçı direktor bildirib.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan və Türkiyə arasında olan sıx əməkdaşlıqda hər iki ölkənin dövlət başçılarının güclü liderliyi və bənzəri olmayan qardaşlığının mühüm rol oynadığını deyib: “Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur. Hər iki ölkənin sevinci və kədəri birdir. Gələcək illərdə ölkələrimizin media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram”.image-2025_02_19_67b5b15f6b889Tədbirdə media nümayəndələri, həmçinin tədbir çərçivəsində keçirilən panellərdə media orqanlarının və aparıcı media subyektlərinin rəhbərləri çıxış edib.

Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində təşkil olunan tədbirdə iki ölkə arasında media sahəsində əməkdaşlığın cari vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər müzakirə olunub.

image-2025_02_19_67b5b19e51b8eQeyd edək ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən imzalanıb. Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.

DOĞRU.AZ

image-17399608625101110999_1200x630 image-17399608623955262673_1200x630 image-1739960862293089274_1200x630 image-17399608626403947608_1200x630 image-17399608621659624789_1200x630 image-17399608624826756657_1200x630 image-17399608622053154146_1200x630 image-1739960862431337195_1200x630 image-1739960862933135817_1200x630 image-17399608624476315985_1200x630 image-173996086277986117_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki