image-n1karobka_ads
image-123
image-8caa3872173562770380089970110681046backend

DİN: Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb

image-ad_qayo_720x110px

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.

Doğru.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki