image-n1karobka_ads
image-123
image-a0f20068-5db8-390f-9af4-358ad5ebe556_850backend

Bakıda II İohann Pavelin adına katolik kilsəsinin inşası ilə bağlı hazırlıqlara başlanılıb

image-ad_qayo_720x110px

Bakıda Roma Papası II İohann Pavelin adını daşıyacaq katolik kilsəsinin inşası ilə bağlı hazırlıqlara başlanılıb.

Doğru.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC layihə-smeta sənədlərinin hazırlanmasına start verib.

Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.

Xatırladaq ki, II İohann Pavel 1920–2005-ci illərdə yaşayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki