image-n1karobka_ads
image-123
image-67a1be3b02e8bd2b132bf150backend

Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma yekun mərhələdədir

image-ad_qayo_720x110px

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ekspertlər tərəfindən araşdırmalar yekun mərhələsindədir, Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev bildirib.

İş son mərhələdədir. Yaxın günlərdə ilkin hesabatın dərc olunacağını gözləyirik.

Karabayevin sözlərinə görə, araşdırmada Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycandan olan mütəxəssislər iştirak edir.

Qazaxıstan qara qutulardakı məlumatları Rusiya və Azərbaycana ötürüb.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev ötən cümə günü, yanvarın 24-də bildirib ki, AZAL qəzası ilə bağlı aparılan araşdırmanın nəticələri bir çox eyhamları aradan qaldıracaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki