image-n1karobka_ads
image-123
image-zn144hxuj2qfznoxmwp5ivntrf2m8ndskd4tfcbw_1200backend

Mikayıl Cabbarov vergi xidməti işçilərinin peşə bayramını təbrik edib

image-ad_qayo_720x110px

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vergi işçilərinin peşə bayramını təbrik edib.

Doğru.az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.

“11 fevral Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və vergi xidməti işçilərinin peşə bayramı ilə əlamətdardır. Ölkəmizdə reallaşan iqtisadi inkişaf strategiyası vergi sisteminin iqtisadi tənzimləmədə rolunu əhəmiyyətli şəkildə artırıb. Müasir vergi siyasəti fiskal öhdəlikləri yerinə yetirməklə yanaşı, sahibkarlığın inkişafını, biznes ekosisteminin təkmilləşməsini, sabit, şəffaf və rəqabətli fəaliyyəti, iqtisadi artımı və diversifikasiyanı təmin edən fəal iştirakçıdır. Vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.

Hörmətli vergi işçiləri, hər birinizə peşə bayramı münasibətilə təbriklərimizi çatdırır, işlərinizdə uğurlar və nailiyyətlər arzulayırıq. İqtisadi inkişafa töhfələriniz, ölkəmizin mənafelərinə sadiqliyiniz və fədakar əməyiniz üçün təşəkkürlər”, – deyə paylaşımda qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki