Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən süni intellektlə bağlı qlobal sammitdə Hindistanın baş naziri Narendra Modinin təbrikinə cavab verə bilməyib.
Hadisə Associated Press- in yayımı zamanı kameraya düşüb.
Tədbir zamanı Fransa lideri ABŞ-ın vitse-prezidenti J.D.Vensi, BMT-nin baş katibi Antonio Quterreşi və Kanadanın baş naziri Castin Trüdonu səmimiyyətlə qarşılayıb.
O, həmçinin Avropa Komissiyasının sədri Ursula von der Leyenlə də öpüşüb, lakin Hindistanın baş naziri əlini uzadıb salam verəndə Makron ona məhəl qoymayıb.
Sammitin təşkilatçısı Hindistandır.
Bundan əvvəl Fransa hökuməti süni intellektlə bağlı tədqiqatlara 109 milyard avro sərmayə qoymağı planlaşdırdığını açıqlamışdı.
DOĞRU.AZ