Google şirkəti Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmağa başlayıb.
“Birləşmiş Ştatlarda Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) rəsmi olaraq Meksika Körfəzini Amerika Körfəzi ilə yenilədi… Biz bu yeniləməni əks etdirmək üçün dəyişiklikləri həyata keçirməyə başlayırıq”, – şirkətin bloq yazısına görə.
Qeyd olunur ki, amerikalılar Google Maps-də Amerika Körfəzi adını, Meksikadakılar isə Meksika Körfəzi adını görəcəklər. Qalanları üçün hər iki seçim mövcud olacaq.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması haqqında sərəncam imzalayıb . Trampın özü hesab edir ki, Meksika bundan “sevindi.
DOĞRU.AZ