image-n1karobka_ads
image-123
image-1738943299592328459_1200x630backend

Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə əsas prioritetləri müzakirə olunub – FOTO

image-ad_qayo_720x110px

Fevralın 7-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Doğru.az-a bildiriblər ki, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər.

Kollegiyanın iclası zamanı Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər, eyni zamanda, Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

DOĞRU.AZ

image-17389432993697022718_1200x630 image-1738943299603055463_1200x630 image-1738943299175265015_1200x630 image-17389432991042422097_1200x630 image-1738943299592328459_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki