image-n1karobka_ads
image-123
image-17389323625840551739_1200x630backend

Daxili işlər naziri Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirib – FOTO

image-ad_qayo_720x110px

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 6-7-də Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, nazir əvvəlcə Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini böyük hörmət və ehtiramla anıb.

Sonra Qusar Rayon Polis Şöbəsində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 335 vətəndaşın müraciətini dinləyən nazir, onların problemlərinin həlli üçün aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlar verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 263 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

DOĞRU.AZ

image-17389323624013917360_1200x630 image-1738932362374144642_1200x630 image-17389323621144220735_1200x630 image-17389323625840551739_1200x630 image-17389323622178351035_1200x630 image-1738932362680236373_1200x630 image-17389323624324821444_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki