image-n1karobka_ads
image-123
image-still-21338003-60-stillbackend

Makron: Tramp prioritet problemləri həll etməlidir, Aİ-ni tariflərlə hədələməməlidir

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının iqtisadiyyatına zərər vurmağa çalışmaqdansa, prioritet məsələlərə diqqət yetirməlidir.

Bunu Fransa prezidenti Emmanuel Makron Amerika liderinin Avropa mallarına rüsum tətbiq etməklə hədələməsindən danışarkən deyib.

CNN- də danışan onun sözlərinə görə , Çin ABŞ üçün əsas problem olaraq qalır. Makron əlavə edib ki, Avropa Vaşinqtonun müttəfiqidir.

Əgər siz Avropanın investisiya, müdafiə və təhlükəsizlik məsələlərinə daha çox cəlb olunmasını istəyirsinizsə, təriflərlə hədələməklə Avropa iqtisadiyyatına zərər vurmaq məcburiyyətində deyilsiniz”, – Makron bildirib.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın Aİ mallarına gömrük rüsumları tətbiq edəcəyi təqdirdə sərt cavab verəcəyini vəd etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki