“Konsertöncəsi proqram hazırlarkən ilk solo konsertim yadıma düşdü. Necə sevgi, nə qədər sayğı və məhəbbətlə illər keçdi”.
Dogru.az xəbər verir ki, bu sözləri 8 martda konsert verməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova sosial media hesabında yazıb.
İlk konsertinin görüntüləini paylaşan sənətçi videodakı oğlanı axtardığını bildirib:
“Bu illərdə mən də böyüdüm və nəsilləri də musiqimlə böyütdüm.. Nə xoş.
P.S. Videonun sonundakı oğlanı tapın, deyin 8 mart konsertimdə gözləyirəm. Nəzərə alın video 97-ci ilindir”.
Qeyd edək ki, sənətçinin konserti Bakı Konqres Mərkəzində gerçəkləşəcək. Konsertə 1 ay qalsa da, biletlərin 50%-dən çoxu satılıb.