Fransa prezidenti Emmanuel Makron və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk arasında münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.
Qeyd edilir ki, Makron və Mask bir-biri ilə birbaşa əlaqə saxlayır, lakin onların münasibətləri “sabun operası”na bənzəyir və Fransa üçün bəhrə vermir.
Nəşrin məlumatına görə, amerikalı sahibkarın Tesla şirkəti respublikaya investisiya qoymaq əvəzinə Almaniyadakı zavodunu genişləndirəcək.
Bundan əlavə, Politico Maskın Parisdə keçiriləcək süni intellekt sammitində iştirak etməyəcəyini vurğulayır.
DOĞRU.AZ