Mahaçqala hava limanının sərhədçiləri 40 yaşlı rusiyalı qadını qanunsuz olaraq 6 milyon rubl dəyərində brilyant ixrac etməyə cəhd etdiyinə görə saxlayıblar.
Bu barədə RİA Novosti- yə FSB-nin Dağıstan üzrə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“İş Rusiya Federasiyasından ümumi çəkisi 1068,46 karat, bazar dəyəri 6 milyon rubldan çox olan bəyan edilməmiş təbii kəsilmiş brilyantların (almazların) ixracına cəhd faktı üzrə açılıb”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Çita gömrükçüləri morj dişlərinin Çinə qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıblar.
Vıborq gömrükçüləri həmçinin preqabalin partiyasının (dərman preparatı) Çindən bağlamalarla qaçaqmalçılıq yolu ilə aparılmasının qarşısını alıblar.
DOĞRU.AZ