image-n1karobka_ads
image-123
image-v6759he6ppgryomvoytvsjayelgi10zu1wp48l7w_1200backend

İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.

AZƏRTAC  bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.

Ümumi tikinti sahəsi 4 300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin səkkiz STEAM otağı olacaq.

Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.

DOĞRU.AZ

image-hydysg2bmgitaggex6mquvgopeihqxv8j1qflqay_640 image-jxyuzcvfkqc9lexu7g6cwtcodjackvwicjui5r72_640 image-zetptvrwkrkl4lfevqgyajsvgbv9qcbt09hcallw_640 image-xukg0ouwgcwngcxl2a1mmj9fe9yljatp0xfoizhc_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki