image-n1karobka_ads
image-123
image-678f3336ae5ac946106c706ebackend

Hindistanın Uttar Pradeş əyalətində pələng bir fermeri yedi

image-ad_qayo_720x110px

Hindistanın Uttar Pradeş ştatında pələng odun yığan fermerə hücum edib. Yerli sakinlər onun cəsədinin yalnız yarısını tapıblar.

Bu barədə Hindustan Times məlumat yayıb.

Qeyd olunur ki, 55 yaşlı fermer Şivdhar Çauhan Katarniaqhat qoruğundakı meşəyə odun yığmağa gedib və geri qayıtmayıb.

Onun qohumları və həmkəndliləri axtarışa başlayıblar və kolluqların arasından kişinin üst cəsədini və başını tapıblar. Nəşrin məlumatına görə, bu, bir həftə ərzində yırtıcıların Katarniaqat qoruğu ərazisində insanlara ikinci hücumudur.

Bundan əvvəl Primoryedə balıqçını öldürən amur pələngi ov müfəttişinə hücum etmək istəyən zaman güllələnmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki