Türkiyə taxıl müqaviləsinin mümkün bərpası ilə bağlı danışıqları davam etdirir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiyanın baş naziri Robert Fiko ilə danışıqlardan sonra danışıb. O, TASS-a istinadən xəbər verir.
“Taxıl dəhlizi ilə bağlı saziş davam etdirilməlidir. Türkiyə Xarici İşlər Nazirliyi taxıl dəhlizinin bərpasının mümkünlüyü ilə bağlı danışıqları davam etdirir”, – deyə Türkiyə lideri vurğulayıb.
Bundan əvvəl Ərdoğan taxıl müqaviləsinin yeni formatda bərpasına ümid etdiyini bildirmişdi.
DOĞRU.AZ