image-n1karobka_ads
image-123
image-17383024426386857674_1200x630backend

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevralda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib – FOTO

image-ad_qayo_720x110px

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevralda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib.

Doğru.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-17383024423190735781_1200x630 image-17383024423134421327_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki