image-n1karobka_ads
image-123
image-1651435501_1433035backend

Azərbaycanda Ramazan bayramıdır

image-ad_qayo_720x110px

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Doğru.az xəbər verir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb. Qədr gecəsi “leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq” (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-dən başlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki