“The Wall Street Journal” yazır ki, Ukrayna çox güman ki, ABŞ ilə resurs sazişinin yenilənmiş şərtləri ilə razılaşa bilməyəcək.
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Vaşinqtona müttəfiqinin iqtisadiyyatı üzərində mühüm səlahiyyətlər verəcək yeni sazişi tezliklə imzalamasını gözləyir.
“Problem ondadır ki, Ukrayna demək olar ki, bu şərtləri qəbul edə bilməyəcək”, – nəşr qeyd edir.
Nəşr onu da qeyd edir ki, gözləntilərin fərqli olması ABŞ və Ukrayna arasında münasibətlərdə gərginliyin yeni mərhələsinə səbəb ola bilər.
Bundan əvvəl Cənub-Şərqi Norveç Universitetinin professoru Glenn Diesen Donald Trampın Vladimir Zelenskinin onun tələblərindən imtina etməsinə qaçılmaz reaksiyası barədə xəbərdarlıq etmişdi.
DOĞRU.AZ