image-n1karobka_ads
image-123
image-1747197241627328735_1200x630backend

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

13 may tarixində saat 20:45-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki