Hollandiyanın cənubunda yerləşən Limburq əyalətində hərbi təlim poliqonunda yanğın qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə “Telegraaf” nəşri məlumat yayıb.
Bildirilib ki, yanğın cümə axşamı günortadan sonra Weirterheide hərbi təlim poliqonunda başlayıb. Yanğının səbəbi hələlik məlum deyil. Məlumata görə, alovun əhatə etdiyi ərazi təxminən 50 hektar olub, hadisə nəticəsində xəsarət alan yoxdur.
Fövqəladə vəziyyət səbəbindən Kempel hava limanında insanların təxliyəsi həyata keçirilib.
Qeyd edək ki, aprelin 29-da Hollandiyanın Gelderland əyalətində yerləşən artilleriya poliqonunda da yanğın baş verib. Bundan başqa, aprelin 30-da Şimali Brabant əyalətində hərbi təlimlərin keçirildiyi Oirschoetse Heide ərazisində də oxşar hadisə qeydə alınıb.
DOĞRU.AZ

























