Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Biz fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal həyata qayıtmasına, dağılmış regionların bərpasına və yenidən qurulmasına ürəkdən inanırıq”, – deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, martın 28-də Myanmada 7.7 (bəzi məlumatlarda 7.9) bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 1000-dən çox insan həlak olub, üç minə yaxın insan yaralanıb.
Zəlzələnin episentri Myanmada olsa da, Çin, Tailand və Vyetnam sakinləri də yeraltı təkanları hiss ediblər.
DOĞRU.AZ