Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin Hindistana səfərinin hazırlıq mərhələsində olduğunu bildirib.
O, bunu Rusiya Beynəlxalq İşlər Şurasının “Rusiya və Hindistan: ikitərəfli münasibətlərin yeni gündəliyinə doğru” konfransının iştirakçılarına videomüraciətində deyib.
“Rusiya dövlət başçısının Hindistana səfəri hazırlanır”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Putin bu il mütləq Hindistana səfər edəcək.
DOĞRU.AZ