“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Filadelfiya Yunion”la qarşılaşmada (2:1) vurduğu qolu serb tennisçi Novak Cokoviçə həsr edib.
Şənlik zamanı futbolçu tennis xidmətini təqlid edib.
Futbolçu bir neçə gün əvvəl Novak Cokoviçin Mayami Masters turnirində yarımfinal matçına qatılıb. Oyundan sonra Messi və tennisçi imzalı köynəkləri dəyişdiriblər.
Bundan əvvəl Messi və xanımının Novak Cokoviçin Mayamidə keçirilən “Masters”in finalına yüksəlməsini tribunadan izlədiyi bildirilirdi.
DOĞRU.AZ