İstedad və bacarığını ortaya çıxarmaq üçün gənclər “Ölənə qədər” filminin kastinqdə iştirak ediblər. FS FİLM COMPANY -nin baş direktoru, “Ölənə Qədər” filminin layihə rəhbəri və quruluşçu rejissoru Faiq Nağıyev təssüratlarını Doğu.az-a bölüşdü.
O, sevincli və qürurlu olduğunu dedi. Seçimlərin şəffaf keçdiyini bildirən rejissor, seçilməyənlərin də ruhdan düşməməsi üçün onlara da dəstək olacağından bəhs etdi.
Kastinqdə münsiflər heyyətinin incəsənət xadimləri oluğunu bildirən Faiq Nağıyev komandası ilə bu sahədə nömrə 1 olduqlarını, rəqiblərinin olmadığını bildirdi.
O, Doğru.az-a aktyorluq kurslarından da danışdı.
Aktyorluq kursu FS FİLM COMPANY nəzdnində yaradılıb. Gənclərimizə aktyorluq sənətinin sirrləri, xereoqrafiya, vokal, rəqs, modellik, ssenarilərin düzgün yazılması, verilişlərin hazırlanması, operatorluq, montaj, səs kimi kurslar keçirilir.
Kursumuzda olan iştirakçılarımız bütün layihələrimizdə yer alır. Bizimlə birgə çalışır. Eyni zamanda FS FİLM COMPANY Türkiyə ajansları ilə müqavilə bağlayıb.
Artıq Azərbaycan aktyorlarının xarici filmlərə dəvət almalarını da təmin edirik.
Kastinq seçimlərində münsif olaraq iştirak edən və hər zaman gənclərə dəstək olan Xalq Artisti Məleykə Əsədova fikirlərini Doğru.az-a bölüşdü.
Azərbaycan xalqı istedadlı xalqdır. Əgər bir filmdə istedad varsa, o da gözə çarpır. Film özü komanda şəklində olan istehsaldır. İstedad anadangəlmə olur amma püxtələşmə sonradan olur, hər bir obraz insanı peşəkarlığa gətirib çıxarır deyə sənətçi bildirdi.
DOĞRU.AZ