image-n1karobka_ads
image-123
image-1741588708380043018_1200x630backend

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq

image-ad_qayo_720x110px

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Doğru.az xəbər verir ki, əvvəlcə meydana “Sumqayıt” və “Kəpəz” komandaları çıxacaqlar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. 22 xalı olan kollektivlər müvafiq olaraq, 8-9-cu yerləri bölüşürlər.

Günün son matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da təşkil olunacaq oyun saat 19:30-da start götürəcək. “Ağ-qaralar” 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə üstələyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki