Belarus prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ölkənin baş naziri təyin edib.
Bundan əvvəl Turçin Minsk Vilayət İcraiyyə Komitəsinə rəhbərlik edib.
“Belarus Konstitusiyasına görə, Baş nazir Nümayəndələr Palatasının əvvəlcədən razılığı ilə Belarus Respublikasının Prezidenti tərəfindən təyin edilir. Bu prosedur həyata keçirilib”, – BELTA yazır.
Bundan əvvəl Lukaşenko Dmitri Krutoyu prezident administrasiyasının rəhbəri təyin edib.
DOĞRU.AZ