image-n1karobka_ads
image-123
image-fpajpieica438511p4qoe3gjzdbi1wkbfm6nhv0w_1200backend

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar – FOTO

image-ad_qayo_720x110px

Bəhreyn Krallığına səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu ölkənin RAK İncəsənət Fondunu ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı burada təqdim edilən dünya şöhrətli rəssamların əsərlərindən ibarət ekspozisiya ilə də tanışlıq olub.

RAK İncəsənət Fondu müxtəlif sənət sərgilərindən əldə olunan, ayrı-ayrı nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərinin ən seçmə nümunələrini təqdim edir. Qeyri-kommersiya təşkilatı olan RAK rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər, əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.

RAK İncəsənət Fondunun rəssamlarının əsərləri Azərbaycan izləyicilərinə ötən il Bakıda açılan sərgidə təqdim edilmişdi. Həmçinin Heydər Əliyev Mərkəzində RAK İncəsənət Fondunun təsisçisi və görkəmli bəhreynli rəssam Raşid Al Xalifanın sərgisi təşkil olunmuşdu.

Qeyd edək ki, Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində səmərəli əməkdaşlıq qurulub. Ümumbəşəri sənət dili sayılan incəsənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin qurulmasına mühüm töhfədir. Mədəni sahədə əlaqələr ölkələrimiz arasında gələcək tərəfdaşlıq imkanlarının daha da genişlənəsinə zəmin yaradır.

DOĞRU.AZ

image-qpu6ee7gkvcghucblpqpr7hwhsqo1y5od48la2zv_640 image-tdfklotcyqmlro8fxddzc0apssq9czqydxzj5end_640 image-czbgkghgfhepbyxltj7rbuu2b4nmysnxbrqls59h_640 image-3w9plkudebak68eo6fyhgj3gfpj5xrkfnrirl54n_640 image-tv8zbt9kvrbfhw5aghedkaj9ihmpi8exl27q8dhn_640 image-tolbxhxefzhyefr3fffn72fqbwgiseommusmnpoi_640 image-0hpztebsqeloszoae2olbe42rhwp8djblwv4socm_640 image-xsjhkzucrgw1dzr8nl8od6jar6fsts8t4d0wd9vk_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki