Rusiya və ABŞ arasında İstanbulda keçirilən məsləhətləşmələr mənalı və işgüzar keçdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Müzakirələr mənalı və işgüzar xarakter daşıyıb”, – deyə şöbədən bildirilib.
Tərəflər bu kanal vasitəsilə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Xarici İşlər Nazirliyi onu da bəyan edib ki, danışıqlar zamanı Rusiya ABŞ-a ölkələr arasında birbaşa hava əlaqəsinin bərpası imkanlarını nəzərdən keçirməyi təklif edib.
DOĞRU.AZ