İsrail Qəzza zolağı ilə Misir arasındakı sərhəddən qoşunlarını çıxarmaq niyyətində deyil.
Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Martın 1-i şənbə günü başa çatacaq atəşkəs razılaşmasının uzadılması halında İsrail ordusunun bölgədən çıxarılmasının martın əvvəlində başlayacağı gözlənilirdi.
“Biz Filadelfiya dəhlizini tərk etməyəcəyik”, – İsrail sözçüsü bildirib.
Mənbənin sözlərinə görə, İsrail Fələstinin HƏMAS hərəkatının “yük maşınlarında və tüfənglə sərhəd boyu hərəkət etməsinə” icazə verməyəcək.
DOĞRU.AZ