Almaniya kansleri Olaf Şolz bazar günü Londonda Ukrayna ilə bağlı sammitdə iştirak edəcək, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.
“Federal kansler Olaf Şolz Böyük Britaniyanın baş naziri Keir Starmerin dəvəti ilə martın 2-də Londona səfər edəcək”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
O bildirib ki, görüşdə digər Avropa ölkələrinin başçıları ilə yanaşı, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta da iştirak edəcək.
Hebestreit-in sözlərinə görə, sammitdə Kiyevə dəstək üçün avropalı müttəfiqlərin gələcək fəaliyyətləri müzakirə olunacaq.
Bundan əlavə, siyasətçilər mümkün sülh danışıqları və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.
Bundan əvvəl İtaliyanın baş naziri Giorgia Meloni Aİ-ni “anti-Tramp” sammitləri keçirməkdən çəkinməyə çağırıb.
DOĞRU.AZ