İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Hizbullah məntəqəsinə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“…Livanın cənubundakı Aainat bölgəsində “Hizbullah” terror təşkilatına məxsus müşahidə məntəqəsində fəaliyyət qeydə alınıb”. Müşahidə məntəqəsi İsrail Hərbi-Hava Qüvvələri tərəfindən vurulub”, – deyə İDF öz Telegram kanalında qeyd edib .
Müşahidə məntəqəsinin olması İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır, İsrail ordusu aydınlıq gətirib.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı hədəflərə zərbələr endirib.
DOĞRU.AZ