Bayan-Obo bölgəsindəki torium ehtiyatları Çinin 60 min illik enerji ehtiyacını ödəməyə kifayət edir.
Bu barədə South China Morning Post məlumat yayıb.
“Bir əsrdən artıqdır ki, ölkələr qalıq yanacaqlara görə müharibələr aparır. Belə çıxır ki, tükənməz enerji mənbəyi ayaqlarımızın altındadır”, – nəşrin mənbəsi bildirib.
O, həmçinin qeyd edib ki, torium urandan 200 dəfə böyük enerji tutumuna malikdir.
DOĞRU.AZ