image-n1karobka_ads
image-123
image-67c19e2702e8bd5cf9323eddbackend

Zalujnı deyib ki, Ukrayna təslim olmayacaq

image-ad_qayo_720x110px

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı bəyan edib ki, Ukrayna təslim olmayacaq.

O, Londonda Yunan Katolik kilsəsində ibadət zamanı danışıb.

“Bu müharibə bitməyib. Ukrayna təslim olmayacaq. “Sizin köməyinizlə biz qələbə qazanacağıq ” , – deyə onun sözlərini Gazeta.Ru sitat gətirir.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə əmin olduğunu bildirib.

“The New York Times” yazır ki, Ukrayna ABŞ-ın dəstəyi olmadan döyüş meydanında “cəmi bir neçə ay” qala bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki