image-n1karobka_ads
image-123
image-dmv0wsbxh4vksjtrfzjq4kenpxnche7lcexqiu9i_1200backend

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcıları alacaq

image-ad_qayo_720x110px

Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq.

Oxu.Az Pakistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Atta Tarar məlumat verib.

“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür”, – A.Tarar qeyd edib.

Məlumat üçün əlavə edək ki, “JF-17 Thunder” qırıcıları Çin və Pakistan tərəfindən birgə işlənərək hazırlanıb. Qırıcı sürətini saatda 2 205 kilometrədək artırmaq qabiliyyətinə malikdir. O, “hava-hava” və “hava-yer” təyinatlı raketləri və digər silahları daşıya bilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki