Finlandiyanın Müdafiə Nazirliyi yerli müdafiə şirkətlərindən silah alınması üçün 660 milyon avro ayırmağı planlaşdıran Ukraynaya yeni dəstək proqramının başladığını elan edib.
“Bu yeni dəstək proqramı ilə Finlandiya şirkətləri və onların təcrübəsi Ukraynaya dəstəkdə mərkəzi rol oynayacaq”, – Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.
Finlandiya Müdafiə Nazirliyi ötən ilin payızından yeni yardım proqramı hazırlayır.
Hazırlıq prosesi zamanı biznes və sənaye nümayəndələri, eləcə də beynəlxalq tərəfdaşlar və Ukrayna ilə fəal əməkdaşlıq aparılır.
Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ukrayna ilə bağlı sürətli razılaşmanın əleyhinə çıxış edib.
DOĞRU.AZ