Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) atəşkəslə razılaşmağa və ona əməl etməyə hazır olduğunu bildirib.
Türkiyənin A Haber telekanalı xəbər verir ki, PKK Türkiyədə ömürlük həbs cəzası çəkən lideri Abdullah Öcalanın silahı yerə qoyma çağırışına qulaq asacağını bildirib.
“Biz çağırışla, onun məzmunu ilə razıyıq. Biz bəyan edirik ki, biz də öz tərəfimizdən bu çağırışa əməl edəcəyik və yerinə yetirəcəyik. PKK-nın bəyanatında deyilir: “Biz atəşkəs elan edirik.
Yanvarın sonunda “Türkiyə” qəzeti Türkiyənin Suriyada PKK yaraqlılarına dəstəyi dayandırması üçün ABŞ prezidenti Donald Tramp administrasiyasına təzyiq etmək planları barədə məlumat yayıb.
DOĞRU.AZ