image-n1karobka_ads
image-123
image-1740821028942948253_1200x630backend

FHN yanğın təhlükəsinə görə mehmanxananın fəaliyyətini dayandırıb – FOTO

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən vətəndaş Salamov Fəqan Yavər oğluna məxsus mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN-dən Doğru.az-a verilən məlumata görə, obyektdə yanğın siqnalizasiya qurğusuna, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkəsinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməyib. Mehmanxananın fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim edilməyib. Obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunub və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib. Elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb. Obyektin tüstü bacası təmizlənməyib, qazanxanaya əlavə əşya və materiallar yığılıb. Mətbəxə və qazanxanaya çəkilən qaz xətti “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na uyğun həyata keçirilməyib. O cümlədən mətbəxə gələn qaz sobaya rezin boru vasitəsilə birləşdirilib. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.

Mövcud vəziyyət, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənəcəyi və faciəyə səbəb ola biləcəyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mehmanxananın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

DOĞRU.AZ

image-17408210285572617553_1200x630 image-17408210281993153037_1200x630 image-17408210286446338081_1200x630 image-17408210281159048675_1200x630 image-17408210284906525651_1200x630 image-17408210284448826705_1200x630 image-17408210282234836278_1200x630 image-17408210285501926015_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki