image-n1karobka_ads
image-123
image-17407398336119155910_1200x630backend

Eduard Məmmədov: Azərabaycan üçün həm yaxşı idmançı, həm də layiqli şəxsiyyətlər yetişdirmək istəyirik

image-ad_qayo_720x110px

“Təyinatıma görə Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Etimadı doğrultmağa çalışacağam”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasına (AKF) vitse-prezident təyin edilən Eduard Məmmədov deyib.

Titullu idmançı etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib: “Bildiyiniz kimi, hazırda idmançı karyeramı da davam etdirirəm. Ötən il master kateqoriyasında dünya çempionu olmuşam. Tələbələrim İslam Həmrəyliyi və Avropa Oyunlarının qalib olublar. Məhz bunun sayəsində AKF-də vitse-prezident vəzifəsinə gətirildim. Bundan sonra məsuliyyətim daha da artacaq. Əvvəl idmançı və məşqçi kimi fəaliyyət göstərirdimsə, indi həm də federasiya nümayəndəsi kimi təmsil olunacağam”.

O, kikboksinqlə məşğul olan gənc idmançıların hazırlığında strateji və taktiki dəyişikliklər ediləcəyini söyləyib: “Bunadək idmançılar arasında beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edənlər var. Sadəcə, əsas məqsəd hazırda yeniyetmə və gənc kikboksinqçiləri gələcəkdə keçiriləcək yarışlara daha yaxşı hazırlamaqdır. Turnirlərdə medalsız qalan uşaqların üzərində daha çox işləyəcəyik. Onları həvəsdən düşməyə qoymayacağıq. İdmanla məşğul olan hər kəs dünya və Avropa çempionu olmur. Lakin ən azından pis vərdişlərdən uzaq olurlar. Azərbaycan üçün həm yaxşı idmançı, həm də layiqli şəxsiyyətlər yetişdirmək istəyirik”.

47 yaşlı idmançı kənarda qalan kikboksinq mütəxəssislərini yenidən iş başında görmək istədiklərini deyib: “Hələlik ad olmasa da, gələcəkdə həmin şəxslərin təcrübəsindən istifadə etmək istəyirik. Yalnız yerli məşqçilərə üstünlük verəcəyik. Çalışacağıq ki, Azərbaycanda kikboksinq üzrə beynəlxalq yarışlar təşkil edək. Bu, bizim gənc idmançılara stimul verəcək”.

Bakı regionu üzrə nümayəndə kimi də fəaliyyət göstərəcək dünya və Avropa çempionu bu işinin də nədən ibarət olacağını açıqlayıb: “Paytaxt və ətraf ərazilərdə olan klublar və məşqçilər barədə informasiya toplayacağam. Həmin məşqçiləri AKF-nin akkreditasiyaları ilə təmin edəcəyəm. Müəyyən yarışlar təşkil edəcəyik. Azərbaycan kikboksinqini beynəlxalq arenada daha yaxşı tanıtmaq niyyətindəyik”.

E.Məmmədov Azərbaycanda kikboksinqin inkişafına hər zaman dəstək olan Prezident İlham Əliyevə təşəkkür edib: “Kikboksinq olimpiya idman növü olsa da, dövlətimizin başçısı bizi hər zaman diqqətdə saxlayır, dəstəyini əsirgəmir. Güclü ölkənin hər zaman güclü idmançıları olacaq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki