image-n1karobka_ads
image-123
image-67ada0e002e8bd475f2a7c3abackend

Ronaldo ardıcıl ikinci il ən çox maaş alan idmançı olur

image-ad_qayo_720x110px

Amerikanın idman media şirkəti Sportico 2024-cü ildə dünyanın ən çox maaş alan idmançılarının reytinqini tərtib edib.

“Əl-Nassr”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ardıcıl ikinci ildir ki, ilin ən çox maaş alan idmançısı olub.

Sportico-nun məlumatına görə, Ronaldo 2024-cü ildə 260 milyon dollar qazanacaq ki, bunun da 215 milyon dolları Səudiyyə Ərəbistanı klubundan və Portuqaliya millisindən alınan maaş və bonuslar, 45 milyon dolları isə digər gəlirlərdir.

İkinci yerdə “Qolden Steyt Uorriors”un basketbolçusu Stiven Karri (153,8 milyon dollar), üçüncü yerdə isə britaniyalı boksçu Tayson Fyuri (147 milyon dollar) qərarlaşıb. Lionel Messi 133,2 milyon dollar gəlirlə dördüncü yerdədir.

Bundan əvvəl Aleksandr Mostovoyun Ronaldonu bütün futbolçular üçün nümunə adlandırdığı bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki