Washington Capitals klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) müntəzəm mövsümündə Edmonton Oilers ilə matçda iki qol vurub.
İkinci qol rusiyalının liqanın müntəzəm çempionatlarında vurduğu 881-ci qol oldu.
Beləliklə, Oveçkin NHL tarixində ən yaxşı snayperlər siyahısında Ueyn Qretzkinin rekordundan fərqi 13 qola endirdi.
Görüş hazırda Vaşinqtonda, Capital One Arenada keçirilir. İkinci hissədən sonra hesab 5:1 meydan sahiblərinin xeyrinədir.
Daha əvvəl bildirilmişdi ki, Oveçkinin qapısına vurduğu qolların sayına görə NHL rekordu qırıb.
DOĞRU.AZ