image-n1karobka_ads
image-123
image-il8kauu03rk8uayegohwcwjdxb6bmqoxudu9fmr7_1200backend

MAMA “Ana təbiət” beynəlxalq insəcənət layihəsi Bəhreyndə təqdim edilib – FOTO

image-ad_qayo_720x110px

Bəhreynin məşhur İncəsənət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda Heydər Əliyev Mərkəzində uğurlu debütünü edən MAMA “Ana təbiət” sərgisi Bəhreyndəki təqdimatla iqlim dəyişiklikləri üzrə həyati mesajı dünyaya yaymaq üçün səyahətə başlamış olur.

Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi, Bəhreynin RAK İncəsənət Fondu və Bəhreyn Mədəniyyət və Qədim Əsərlər İdarəsinin birgə təşkil etdiyi sərgi ətraf mühitin qorunmasının vacibliyinə incəsənət vasitəsilə bir çağırışdır.

RAK İncəsənət Fondunun təsisçisi, rəssam Raşid Al Xəlifə sərginin Bəhreyndə keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, MAMA “Ana təbiət” sərgisinin təqdimatı mədəni mübadilənin təşviqi istiqamətindəki davamlı səyləri gücləndirir. “MAMA beynəlxalq sərgisinə ev sahibliyi etməklə yerli incəsənət mühitimizi daha da zənginləşdirir və ətraf mühitin qorunması kimi mühüm məsələlərdə qlobal dialoqu təşviq edirik”, – deyə Raşid Al Xəlifə bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, MAMA “Ana təbiət” incəsənət layihəsi vasitəsi ilə mövcud problemlərin həllinə kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. Leyla Əliyeva bildirib ki, qlobal istiləşmə dövründə dayanıqlıq çağırışı heç vaxt bu qədər zəruri olmamışdı. O, gələcək nəsillər naminə planetimizi qorumaq istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Sərgidə Raşid Al Xəlifə, Leyla Əliyeva ilə yanaşı, 29 ölkədən 55 rəssamın ərsəyə gətirdiyi 100-dən çox fərqli sənət əsərləri nümayiş etdirilir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Bəhreyn İncəsənət Mərkəzində martın 25-dək davam edəcək. Bu müddətdə ziyarətçilər hazırda üzləşdiyimiz ətraf mühit problemləri ilə bağlı müxtəlif və vacib hekayələri özündə əks etdirən rəssamlıq, heykəltaraşlıq, instalyasiya və multimedia nümunələri ilə tanış ola biləcəklər.

DOĞRU.AZ

image-gkgpaukdeqntmspiwtgohpvpgj41zcmmr0xhggsm_640 image-xfhp7ahl2dtvfcwe9e5yjr90rhe1w8kfzy24h8nl_640 image-el06adcq0hwbchu33bhfwjht3uifsz4jb4acujj1_640 image-u8iccq4xplumuq3w8nimkqhkvsm3wr1uiaxixxag_640 image-67toteq1exqos6wbeskfdl32onxajlxiwrwt8uiu_640 image-6ubihg6ueeyrxdvxmsd4v7mhgl4vhfzi9nmgealr_640 image-oszzf1hwta9teh4r5lglooevtjsuhiz0rqdsljtg_640 image-twueeodiqlojdhyxptxltkecuxcnvwd0mcyyhypd_640 image-zhxowh9hamim4uwmcd1srff8cxogr7cti95oug4g_640 image-wcamu1lnczaqh2fmzo8vnd18ec4tex6idriqrecf_640 image-hyb7snvjgr0ujxzolyilm9bfpg1pizdzlbn8m7g9_640 image-vibeov4c98tklzyx63bb37eyrgxha4ttfbpgmuwi_640 image-lipnmixyzczrc5run11h3eae4wcvn274yi6us2jk_640 image-dulmuka5ppxv000igdj2lniepbk4pfqdqnklrdhh_640 image-zqfxqxgykfwgm2k6wdwaylbdfh0fkhouwswrnvpl_640 image-y9wmbvganhvpvjn1vyqylbg96mq8vxak0zgdnrgw_640 image-da7zn8vr8ftr27vqjnrsqjzcqwazjwnrgekkbdkj_640 image-bs8d9ezcow4mzbnxpgovtdxgmzanqxlj3nhpejev_640 image-tppj6d5qhgkdgnkvdqbhmnh3qqjq7hk1blzlhxya_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki