Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.
Bu barədə Ərdoğan “X” hesabında etdiyi paylaşımda kədərini ifadə edib.
“Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
Yaxşı və pis gündə iki qəlbdə bir can olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
DOĞRU.AZ