image-n1karobka_ads
image-123
image-x08rgj00eubujto6y4asfwzqajf9jz4hru7wu7o0_1200backend

Bakıda narkopriton əməliyyatı – SAXLANILANLAR VAR

image-ad_qayo_720x110px

Bakı şəhərinin Nizami rayonunda narkopriton aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlə rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan, əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə olan metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

Bundan başqa, rayonun Keşlə qəsəbəsində həyata keçirilən digər əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-i7200z4p9n3jsyeut5cb2fvalqwc9vlrx2tmqnt2_640 image-d9v1m8y4nr2zlyibo5din2pivmmqp4yst7hpdoee_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki